mebellərin hazırlanması və təmiri sexi

Yeni mebel dəstləri, ayrı-ayrı mebellərin (çarpayı, divan, şkaf və s.), döşəklərin hazırlanması və onların təmiri ilə məşğul olan xidmət obyektidir. Bu obyektlər lazımi bina və avadanlıqlarla, dəzgahlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər

marşrut vərəqəsi
mexaniki nəqliyyat vasitəsi
OBASTAN VİKİ
DNT təmiri
DNT təmiri — DNT təmiri, bir hüceyrənin genomunu kodlayan DNT molekullarının zədələnməsini müəyyən ederək düzəltdiyi bir müddətdir. İnsan hüceyrələrində həm normal metabolik aktivlik, həm də radiasiya kimi ətraf mühit faktorları DNT zədələnməsinə səbəb ola bilər və nəticədə gündə hüceyrə başına on minlərlə fərdi molekulyar ziyan yaranır. == DNT-nin bərpası == Bu dəyişmələrin çoxu DNT molekulunun struktur zədələnməsinə səbəb olur və hüceyrənin təsirlənmiş DNT kodlarının yazdığı geni köçürmə qabiliyyətini dəyişdirə və ya ortadan qaldıra bilər. Digər dəyişmələr hüceyrənin genomunda, mitozdan sonra qız hüceyrələrinin sağ qalmasına təsir edən potensial təhlükəli mutasiyalara səbəb olur. Nəticədə, DNT quruluşunun zədələnməsinə cavab verdiyi üçün DNT bərpa prosesi daima aktivdir. Normal təmir prosesləri uğursuz olduqda və hüceyrə apoptozu meydana gəlmədikdə, ikiqat zəncirlər və DNT çapraz əlaqələri daxil olmaqla, düzəldilməz DNT zədələnməsi baş verə bilər. Nəticədə bu, iki vuruşun fərziyyəsinə görə bədxassəli şişlərə və ya xərçəngə səbəb ola bilər. DNT bərpa nisbəti, hüceyrə tipi, hüceyrə yaşı və hüceyrə xaricindəki mühit də daxil olmaqla bir çox amillərdən asılıdır. Çox miqdarda DNT zədələnmiş bir hüceyrə və ya DNT-sinə verdiyi ziyanı təsirli bir şəkildə düzəldə bilməyən bir hüceyrə, mümkün üç vəziyyətdən birinə girə bilər: yaşlanma olaraq bilinən geri dönməz bir yuxu vəziyyəti apoptoz və ya proqramlaşdırılmış hüceyrə ölümü olaraq da bilinən hüceyrə intiharı bədxassəli bir şiş meydana gəlməsinə səbəb ola biləcək tənzimlənməmiş hüceyrə bölgüsü Bir hüceyrənin DNT-ni bərpa etmə qabiliyyəti, genomunun bütövlüyü və bu səbəbdən bu orqanizmin normal işləməsi üçün vacibdir. Başlanğıcda ömrünü təsir edən bir çox genin, DNT zədələrinin düzəldilməsi və qorunmasında iştirak etdiyi ortaya çıxdı.
Prototiplərin sürətli hazırlanması
Prototiplərin sürətli hazırlanması (ingiliscə Rapid Prototyping) maketlərin, sınaq nümunələrinin və ya işlək modellərin konstruksiya verilənlərinin bazasında sürətli hazırlanma texnologiyasıdır. Bu prototiplər hazırlama prosesinin sonrakı mərhələsində dəqiqləşdirilir və beləliklə seriya istehsalım üçün yararlı hala gətirilirlər. 1987-ci ildə ilk dəfə olarag kompyüterden bir başa üçölçülü modellərin hazırlanması mümkün olmuşdur. Modellər istənilən həndəsi formaya malik ola bilirlər. Daxili boşlugları, arxa səthlərı və yuvaları problemsiz hazırlamag mümkün olmuşdur. İlk vaxtlarda bu üsulla hazırlanan modellərə sərf olunan vaxt adi üsulla, yəni mexaniki e`mal vasitəsi ilə hazırlananlardan bir neçə saat az idi. Bu modellər süni materialdan hazırlandığı üçün yalnız əyani nümayiş üçün və ya da dizayn modeli kimi istifadə edilirdi. Onların "funksional prototip" kimi istifadə edilməsi mexaniki və ya termiki yükləmə baxımından mümkün deyildi. Modellərin yeni üsulla hazırlanması qabaqlar tətbiq olunan xüsusu alətlərdən, formalardan və avadanlıqlardan imtina etməyə şərait yaratmışdır. Bu yeni üsulu ilk dəfə həyata keçirmək üçün hissənin üc ölçülü həndəsi forması haqqinda informasiyanı daşıyan bir kompüter proqramı və bu qrafiki informasiyanı qat şəklində addım və addım fotopolimerləşdirmə vasitəsilə qətrandan əyani cismə çevirən qurğu tətbiq edilmişdir.
Toxumun Hazırlanması (1953)
Toxumun hazırlanması (film, 1953)
Neft və Qaz Quyularının Əsaslı Təmiri (1980)
Dağdizel zavodunun 8-ci sexi
Dağdizel zavodunun 8-ci sexi (rus. 8-й цех завода «Дагдизель») — Sovet Sosialist Respublikaları İttifaqı dövründə Xəzər dənizinin Rusiya Federasiyası sektorunda salınmış Dağdizel zavodunun 8-ci sexi. Məxfi məqsədlər üçün tikilmiş sex, Xəzər dənizinin düz ortasında, Dağıstan Respublikasının Kaspiysk şəhərindən 2.7 kilometr aralıda tikilmişdir. Tikilini "Dağıstanın Fort Boyardı" adlandırırlar. Sexin bünövrədən hündürlüyü (qüllə ilə birlikdə) 42 metrdir. Ümumi iş sahəsi 5 min m². təşkil edir, sexin özündən əlavə, Daqdizel zavodu idarəsində yataqxana, kitabxana, kinoteatr, istirahət guşəsi, yeməkxana, lift, sınaq laboratoriyası tikilib. Ölkə ərazisində istehsal olunan bir çox başqa silah növləri burada sınaqdan keçirilib. == Tarixi == 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin iclasında Mahaçqaladan 18 km aralıda 182 saylı yeni zavodun tikintisi haqqında qərar qəbul edilmişdir. Müəssisə 1932-ci ildə tikinti işlərinə başlanmış zavod sonradan Dağdizel adını alıb.
Bakı vaqon təmiri zavodu
"Bakı vaqon təmiri zavodu" (əvvəllər Bakı təmir zavodu, Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu) — Bakı şəhərində yerləşən Azərbaycanın sənaye müəssisəsi. == Tarix == Zavod 1892-ci ildə alman sahibkar Karl Eyzenşmidtin neft avadanlıqlarının təmiri emalatxalarının əsasında təşkil edilmişdir. 1920-ci ildən Zaqafqaziya dəmiryollarının əsas emalatxanasına çevrilir. 1930-cu ildə Bakı təmir zavodu, 1933-cü ildə isə — Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu adlandırılır. == Məhsulları == Zavod ilk məhsullarını hələ 1919-cu ilin əvvəllərində buraxmışdır. Burad ailk dəfə neftçıxartma və neftayırma sənayesi avadanlıqlarına aid məhsullar olmuşdur. 1920-ci ildən isə paravozların təmiri, ehtiyat hissələrinin hazırlanması, avadanlıqlarda nasazlıqların aradan qaldırılması, elerktrostansiyaların təmirti kimi işləri həyata keçirir. 1933-cü ildən Böyük Vətən müharibəsinə qədər vaqon-0sisternlərin təmirini gerçəkləşdirir. Müharibə dönəmində isə cəbhə üçün (mərmi, mina korpusu, əl qumbarası) silah-sursat hazırlayırdı.. 1992-ci ilə qədər isə sisterin təmiri, vaqon təkər çütlərinin hazırlanması və təmiri, ehtiyat hissələrinin istehsalı həyata keçirilirdi.
Neft və qaz quyularının əsaslı təmiri (film, 1980)
Gəmilərin Təmiri Zamanı Texniki Təhlükəsizlik (1965)
Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
Quyunun Yeraltı Təmiri Zamanı Təhlükəsizlik Texnikası (1960)
Quyunun yeraltı təmiri zamanı təhlükəsizlik texnikası (film, 1960)
Düşün və Varlan
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Elm və Din
Elm və Din münasibətləri — "Elm" termini "bilik" mənasına gəlir. Din isə burada ümumi olaraq səmavi dinləri nəzərdə tutur. == Elm və Din münasibətiləri haqqında == Bu mövzu "Din fəlsəfəsi" sahəsinin əsas mövzularındandır. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır.
Elm və texnologiya
Elm və texnologiya — ölkələrə kənd təsərrüfatı, nəqliyyat və tibbdən ekologiyayadək həyatın bütün sahələrində davamlı inkişafın yeni səviyyəsinə keçməyə imkan verir. XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. İnsanlıq tarixinin əksəriyyəti üçün texnoloji inkişaflar şans, sınaq, səhv və ya ilhamla əldə edilmişdir.
Er və Luar
Ör və Luar (fr. Eure-et-Loir) — Fransa şimalı mərkəzində yerləşən departament. Mərkəz - Luara vadisi regiounun departamentlərindən biri. Sıra nömrəsi — 28. İnzibati mərkəzi — Şartr. Əhalisi — 440 291 nəfər. (departamentlər arasında 55-ci yer, 2010-cu ilin məlumatları) == Coğrafiyası == Sahəsi — 5880 km². Departament Luara vadisində yerləşir. Departamentə 4 rayon, 29 kanton və 403 kommun daxildir. === Rayonları === Şartr Şatodön Drö Nojan-le-Rotru == Demoqrafiyası == Cədvəl == Tarixi == Ör və Luar — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaranmış ilk departamentdən biri.
Fines və Ferb
Fines və Ferb (ing. Phineas and Ferb) — Den Povenmayr və Ceff Marş tərəfindən yaradılmış ABŞ istehsalı musiqili komediya cizgi-serialı. Disney Channel və Disney XD kanallarında nümayiş olunan serial, Disney Television Animation studiyası tərəfindən hazırlanıb. Cizgi-serial ilk olaraq 17 avqust 2007-ci ildə yayımlanıb, 12 iyun 2015-ci ildə isə tamaşaçıları ilə vidalaşıb. Serialda yay tətili ərzində səkkiz və on yaş arasında olan Fines Flinn (ing. Phineas Flynn) və ögey qardaşı Ferb Fletçerin (ing. Ferb Fletcher) sərgüzəştlərindən bəhs olunur. Oğlanlar hər gün mümkün olmayacaq böyük elmi layihələrə imza atırlar. Etdikləri bu işlər onların bacısı Kendesi (ing. Candace) qıcıqlandırır, o anası Linda Flinn-Fletçer və atası Lourens Fletçerə (ing.
Fizioterapiya və reabilitasiya
Fizioterapiya (yun.phisis- təbiət , therapia- müalicə) — təbii amillərlə müalicə deməkdir. Fizioterapiya elə fiziki amilləri öyrənir ki, onlardan xəstəliklərin müalicə və reabilitasiyasında istifadə olunsun.
Flora və Zefir
"Flora və Zefir" (fr. Flore et Zephyre) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri. Əsərdə yunan mifologiyasından Flora və Zefir təsvir edilmişdir.
Fəhlə və kolxozçu
"Fəhlə və kolxozçu" (rus. «Рабо́чий и колхо́зница») — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri. Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur. Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur. == Mənası == İşıqlı gələcək rəmzi olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir. == Tarixi == "Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış və Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı: "Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik". Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib: "Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü.
Fəlsəfə və texnologiya
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə məşğul olan bir fəlsəfə sahəsi. Qədim Yunanıstanda yaranan texnologiyanın fəlsəfəsi və ən qədim fənlərdən biridir. İnsanın alətlər düzəltməsini və onların nəticələrinin sorğulayır. Aristotel texnologiyanı ilk dəfə insan cəmiyyətinə təsirini ətraflı araşdırmışdır. Orta əsrlərdən sonra Frensis Bekon əsərləri onun varislərinə işıq tutur. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni şərhlər gətirmişdir. Ümumiyyətlə texnologiya tənqid olunmuşdur. Heraclitus və Demokritus texnologiyanı təbiətin təqlidi kimi təsvir edir.Platon texnologiyanı tanrı sənətinin təqlidi olaraq görür. Aristotel təbiətin təqlidini qəbul edərkən: Texnologiya təbiətin tamamlaya bilmədiyi işləri tamamlamışdır deyib. Haydeqqer, texnologiyanın insan inkişafı mərkəzi olduğunu və ən böyük təhlükə meydana gətirdiyini söyləyir.
Fəlsəfə və ədəbiyyat
Fəlsəfə və ədəbiyyat filosofların və fəlsəfi mövzuların ədəbiyyatla əlaqəsi (fəlsəfə ədəbiyyatı) və ədəbiyyatın qaldırdığı məsələlərə fəlsəfə ilə əlaqələr daxildir. == Fəlsəfə və ədəbiyyatın əlaqələri == Fəlsəfə ilə ədəbiyyat arasındakı əlaqə povestdən başlayır. Hər ikisi povest qurmaq üçün ortaq dildən istifadə edir və həm fəlsəfə, həm də ədəbi mətnlər dil əsərləridir. Fəlsəfə bir dünyagörüşü , düşüncələr, duyğular və həyat haqqında fikirlər söyləyə bilir: lakin ümumi inancın əksinə, qavranması çətin, sirli ve ziddiyyətli deyildir; şübhəsiz, ziyalıların və "camaatın" inhisarında deyil. Ədəbiyyat, əksinə, çox kobud bir təsvir ilə duyğuların, düşüncələrin və həyatla bağlı fikirlərin estetik və bədii ifadəsidir. Hər ikisi ümumi mənbələrdən, həyatdan, insanlardan, ünsiyyətdən, fərdin və ya cəmiyyətin təcrübələrindən, şüurdan, tarixdən, mədəniyyətdən və əks olunmadan yaranan mücərrəd mövzularla qidalansalar da, ortaq bir dildə sistematik şəkildə istifadə etsələr də bir metod olaraq fərqlənirlər. Fəlsəfə ümumi və inklüziv olanı daha çox maraqlandırsa da, ədəbiyyat xüsusi və fərqli olanı axtarır. Fəlsəfə illüziyaları aradan qaldırmağa çalışarkən, ədəbiyyat illüziya yaratmağa çalışır. Fəlsəfə mücərrəd və konkret anlayışları aydınlaşdırmağa çalışsa da, ədəbiyyatda belə problem yoxdur. Jak Derrida'nın dediyi kimi, ədəbiyyatı "insana hər şeyi hər cür söyləməyə imkan verən uydurma bir qurum" olaraq düşündüyümüz zaman fəlsəfənin imperativlərinin ədəbiyyata aid olmadığı qənaətinə gələ bilərik.
Fərhad və Şirin
== Ədəbiyyatda == Fərhad və Şirin (Nəvai) — Əlişir Nəvainin 1484-cü ildə yazılmış əsəri. Fərhad və Şirin (Vəhşi) — fars şairi Vəhşi Bafqinin (1531-1583) əsəri. Şirin və Fərhad (Kövsəri) — Əqil Kövsəri Ərdəbili tərəfindən 1605-ci ildə yazılmış əsər. Fərhad və Şirin (Tubıli) — tatar şairi Əxmətcan Tubıli tərəfindən 1879-ci ildə yazılmış əsər. Fərhad və Şirin (Nakam) — İsmayıl bəy Nakam (1829-1906) tərəfindən 1898-ci ildə yazılmış əsər. Fərhad və Şirin (S.Vurğun) — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəri. Fərhad ilə Şirin (N.Hikmət) — Nazim Hikmətin 1948-ci ildə yazdığı pyes. 1961-ci ildə bu pyes əsasında Arif Məlikov "Məhəbbət əfsanəsi" baletini yazmışdır. == Musiqidə == Fərhad və Şirin (opera) — 1910-cu ildə Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə tərəfindən yazılmış və 6 mart 1911-ci ildə Bakıda səhnələşdirilmiş Azərbaycandilli opera.
Gürcüstan və NATO